AZ

"Kayserispor" - "Qalatasaray" oyununun 10 azarkeşi saxlanılıb

style='margin-bottom:10px;'>

Türkiyə Superliqasının 17-ci turunda keçirilən "Kayserispor" - "Qalatasaray" matçında yaşanan hadisələrlə bağlı araşdırma davam edir.

QOL.az xəbər verir ki, həmin matçın 60-cı dəqiqəsində əvvəlcə bir "Qalatasaray" azarkeşi meydana qaçmış və futbolçularla şəkil çəkdirmişdi. Daha sonra isə buna qəzəblənən "Kayserispor" azarkeşləri meydana daxil olmuş və "Qalatasaray" fanatına hücum çəkmişdilər.

Polislər araşdırma çərçivəsində 10 azarkeşi saxlayıblar. 

Onların polis bölməsindəki prosedurlardan sonra məhkəməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, "Kayserispor" - "Qalatasaray" oyunu İstanbul təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr