AZ

Rəşad Eyyubov Fernando Santosun köməkçisi təyin olundu

Son illərdə “Sabah”ın müxtəlif komandalarında məşqçi kimi çalışan Rəşad Eyyubov Azərbaycan millisinin məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Eyyubov millimizin portuqaliyalı baş məşqçisi Fernando Santosun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Yığmanın sabiq üzvü ilə müqavilənin müddəti 2028-ci ilə kimi nəzərdə tutulub.

Xatırladaq ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.

Seçilən
66
38
arena.az

10Mənbələr