AZ

Sosial şəbəkədə tanış olduğu kişini evə gətirir, əri və başqa bir kişi isə...

Bakıda vətəndaşa qız adı ilə tanış olaraq ona qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sultanə Həsrətova iştirak etməyib.

Məlum olub ki, o, dəfələrlə məhkəmənin çağırışlarına gəlməyib. Onun məhkəməyə məcburi gətirilməsi üçün ötən ilin dekabrın 24-də qərar qəbul edilib. Lakin o, yenə də prosesdə iştirak etməyib. Buna səbəb Sultanə Həsrətovanın daimi yaşadığı ünvanı dəyişdirməsi, hazırkı yerinin müəyyən edilməməsidir.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs bir neçə dəfədir məhkəməyə gəlməyib, səbəbini də göstərməyib. Dövlət ittihamçısı Sultanə Həsrətovanın barəsində olan qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi, axtarışa verilməsini istəyib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Məhkəmə belə qərar qəbul edən zaman bildirib ki, təqsirləndirilən şəxs bununla 3 dəfə məhkəmədə iştirak etməyib. Bu da onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsaslı səbəb kimi göstərilib.

Növbəti proses fevralın 11-də davam edəcək.

İttihama görə, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.

Seçilən
87
5
publika.az

6Mənbələr