"Fransanın xüsusi xidmət orqanları ölkə ərazisində planlaşdırılan 9 terror aktının qarşısını alıb. Bu, 2017-ci ildən bəri rekord göstəricidir".
Bunu Fransanın daxili işlər naziri Bruno Retaillo “Le Parisien” qəzetinə müsahibəsində deyib.
"Əvvəllər təhlükə heç vaxt bu qədər real olmamışdı. 2024-cü ildə xidmətlərimiz sayəsində Fransa ərazisində ən azı doqquz "islamçı" terror aktının qarşısı alınıb. Onlardan üçü birbaşa Olimpiya Oyunları zamanı planlaşdırılıb. Bu, 2017-ci ildən bəri qarşısı alınmış ən yüksək hücumdur",- o. qeyd edib.
Nazir radikal islamçılara qarşı mübarizəni gücləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu kontekstdə böyük təhlükəni terrorçuluq maddələri ilə cəzalarını çəkdikdən sonra həbsdən azad edilən vətəndaşlar yaradır. Əgər 2024-cü ildə 84 belə adam var idisə, 2025-ci ildə gözlənildiyi kimi bu say 60-dan çox olacaq. O, vurğulayıb ki, həmin şəxslərin radikal ideyalardan imtina etmələrinə inanmır və onlara fərdi qaydada nəzarət ediləcək.
Tural