Salyanda polis dəhşətli cinayətin üstünü açıb.
7News.Az Lent.az-a istinadən xəbər verir ki, Salyan rayonu Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib.
1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrə ayıraraq kanala atıb. Cəsəd kanaldan çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.