AZ

“İran qüvvələrinin böyük hissəsini Suriyadan çıxarıb” – ABŞ nəşri

Bəşər Əsəd rejiminin süqutundan sonra İran qüvvələrinin böyük hissəsini Suriyadan çıxarmalı olub.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” nəşri ABŞ və Avropa rəsmilərinə istinadla məlumat yayıb.

Rəsmilərin fikrincə, bu vəziyyət Tehranın Yaxın Şərqdəki təsirini xeyli zəiflədib. Qeyd olunub ki, minlərlə İran əsgəri və milis müttəfiqi ölkəni tərk edərkən silah və texnikaları Suriyada qoyublar.

Rəsmilərinin bildirdiyinə görə, İranın Qüds Qüvvələrinin üzvləri və Hizbullah döyüşçüləri ya Tehrana qayıdıb, ya da Livana keçiblər.

Qeyd olunb ki, İran uzun illərdir Suriyadan Hizbullaha silah daşıyan quru körpüsü və İsrailə qarşı vəkil müharibələrdə baza kimi istifadə edirdi. Lakin Əsəd rejiminin devrilməsi İranın bu strateji üstünlüyünü itirib

İranın geri çəkilməsi ilə Suriyadakı yeni administrasiya Tehranın hərbi mövcudluğunu bərpa etməsinin qarşısını alacağına söz verib.

“AzPolitika.info”

Seçilən
24
azpolitika.info

1Mənbələr