AZ

Lukaşenko: “Hakimiyyətə bağlı deyiləm, onu sakitcə yeni nəsilə təhvil verməyə hazıram”– ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətdə qalmaq niyyətində olmadığını və hakimiyyəti sakit şəkildə yeni nəsilə təhvil verməyə hazır olduğunu bəyan edib. Bu barədə Belarus Dövlət Teleqraf Agentliyi (BelTA) məlumat yayıb.

"Mən ümid edirəm ki, yeni hakimiyyət dövründə də yaşamağa davam edəcəyəm. Siz də yaşayacaqsınız. Mənim övladlarım da yaşayacaq. Lakin bu övladlar yalnız mənim doğma uşaqlarım deyil. Mənim övladlarım - bütün bu uşaqlardır (başqa uşaqları göstərərək - red.). Mən onların necə yaşayacağını görmək istəyirəm. Bax, mənim məqsədim budur", - deyə Lukaşenko bildirib.

Belarusda 26 yanvarda prezident seçkiləri keçiriləcək. Lukaşenko da namizəd olaraq qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
1
olaylar.az

6Mənbələr