AZ

Azərbaycanda kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) davranış modelləri əsasındakreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsini qəbuledib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Qeyd olunub ki, bank sektorunun sabit və təhlükəsizfəaliyyətinin təşkili, tənzimlənməsi və nəzarəti, habelə müasirtrendlər nəzərə alınmaqla daim inkişaf etdirilməsi Mərkəzi Bankınəsas prioritet istiqamətlərindən biridir.

Bildirilib ki, bu xüsusda, Mərkəzi Bank bank sektorununprudensial tənzimləmə çərçivəsinin yeni texnologiyaların sürətliinkişafı fonunda maliyyə sistemində yaranan meyillərə uyğuntəkmilləşdirilməsi istiqamətində təşəbbüslər həyata keçirir.Vurğulanıb ki, bu təşəbbüslər sırasında borcalanların maliyyəəməliyyatlarından istifadə etməklə hazırlanmış davranış modelləriəsasında kreditləşmə üçün tənzimləmə çərçivənin formalaşdırılmasıməqsədilə Mərkəzi Bankın bir sıra normativ xarakterli aktlarınadəyişikliklərin qəbul edilməsidir:

“Müasir dövrdə banklarda proseslərin avtomatlaşdırılması,müştəri yönümlü olması, süni intellekt həllərin tətbiqi nəticəsindəproqnozlaşdırılan məlumatların dəqiqliyinin daha da artımı ənənəvibank xidmətlərinin alternativ kanallarla daha aşağı xərc və yüksəksürətlə təklif edilməsi imkanlarını artırır. Davranış modelləriüzrə qəbul edilmiş yeni prudensial tənzimlənmə çərçivəsi də buimkanlardan istifadə edərək fərdi sahibkarlara və fiziki şəxslərəbanklar tərəfindən onların proqnozlaşdırılan gəlirləri əsasındakredit verilişini təmin edəcəkdir. Qəbul edilmiş dəyişikliklərdədavranış modelinin hazırlanması prosesinə, bankda bu sahədəpotensialın artırılmasına, modelin validasiyasına və hesabatlığınadair tələblər, habelə davranış modeli əsasında verilmiş kreditlərüzrə risklərin azaldılması məqsədilə limitlər, daha sərttəsnifləşdirmə tələbləri və artırılmış kapital tələbləri müəyyənedilmişdir. Belə ki, banklar məcmu miqdarı bankın kreditportfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləriəsasında kredit verilişini həyata keçirə biləcək. Bununla belə,davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmişkreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda modeləsasında kreditlərin verilməsi dayandırılacaq”.

“Bütövlükdə, kreditləşmə prosesində davranış modellərindənistifadə müştərilərin bank kreditlərinə əlçatanlığınınartırılmasına xidmət edəcəkdir. Bu isə, öz nəvbəsində kiçik və ortasahibkarlığın maliyyə və məşğulluq imkanlarının genişlənməsinə,eləcə də resursların daha məhsuldar bölgüsünə köməklik edəcəkdir.Həmçinin modellər vasitəsilə daha dəqiq və yeni məlumatlardanistifadə imkanı bankların biznes proseslərininoptimallaşdırılmasına, əməliyyat xərclərinə qənaətə, kreditanderraytinqi və skorinq proseslərinin sürətləndirilməsinə,dəqiqliyinin artırılmasına, bununla da kredit risklərininazaldılmasına töhfə verəcək”, - məlumatda qeyd olunub.

Qeyd olunan müvafiq dəyişiklikləri aşağıdakı link üzərindənnəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/58591

Məqalədə:
Seçilən
61
17
az.trend.az

10Mənbələr