Gürcüstan hökuməti siyasi böhrandan çıxış yolu kimi Fransa hakimiyyətini yeni seçkilər keçirməyə çağırıb.
Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili özünün “X” sosial media hesabında məlumat yayıb.
“Mən Fransanın daxili işlərinə qarışmaq fikrində deyiləm, lakin nəzərə alsaq ki, fransızların 61%-i prezident Emmanuel Makronun istefasının tərəfdarıdır, 50%-i isə Milli Assambleyanı buraxmaq istəyir, yeni seçkilər problemi həll etmək üçün yaxşı həll yolu ola bilər”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az