AZ

Fransada meymunçiçəyinin “clade 1b” variantı aşkarlanıb

Paris, 7 yanvar, AZƏRTAC

Fransada meymunçiçəyinin (mpox) yeni - “clade 1b” variantına yoluxma aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, Fransa Səhiyyə Nazirliyi “clade 1b mpox” virusuna yoluxmuş qadının virusun müxtəlif variantlarının bir neçə aydır aktiv şəkildə yayıldığı Mərkəzi Afrikaya getmədiyini bildirib.

Fransa Əmək, Səhiyyə, Həmrəylik və Ailə Nazirliyinin yaydığı mətbuat açıqlamasında əvvəllər meymunçiçəyi adlanan mpox virusunun yeni variantının Fransada ilk halının müəyyən edildiyini bildirib. Renn xəstəxanasında mpox virusunun müxtəlif variantlarının son bir neçə ayda aktiv şəkildə yayıldığı Mərkəzi Afrikaya getməmiş bir qadına ilk yoluxma diaqnozu qoyulub. Lakin qadın Mərkəzi Afrikadan gəlmiş 2 şəxslə təmasda olub. Yoluxmanın mənşəyini tapmaq, eləcə də risk altındakı bütün təmasda olan şəxsləri müəyyən etmək üçün araşdırmalar aparıldığı qeyd edilib. Xatırladaq ki, “clade 1b” adlanan variant 2024-cü ilin yayında İsveçdə, Almaniyada, Böyük Britaniyada və Belçikada aşkarlanıb.

Nazirlik mətbuat açıqlamasında peyvəndin əhəmiyyətini xatırladıb.

Seçilən
46
1
azertag.az

2Mənbələr