AZ

Qəzzada həlak olan fələstinlilərin sayı 45,9 minə çatdı

Qəzza bölgəsində hərbi əməliyyatların başladığı 2023-cü ilin oktyabr ayından bəri həlak olan fələstinlilərin sayı təxminən 45,9 min nəfərə yüksəlib.

Gundem.az xəbər verir ki, bunu Qəzzanın Səhiyyə Nazirliyi sosial şəbəkə hesabında bildirib.

“Qəzzada həlak olanların sayı 2023-cü ilin oktyabrından bəri 45,885 nəfərə çatıb, 109,196 yaralanıb”, - deyə məlumatda qeyd olunur.

Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər ərzində 31 fələstinli həyatını itirib, 57 nəfər yaralanıb.

 

Seçilən
23
4
gundem.az

3Mənbələr