AZ

Dəməşq hava limanı açıldı – İlk təyyarə Qatardan gəldi

Bir aylıq fasilədən sonra Dəməşq Beynəlxalq Hava Limanı bu gün öz işini bərpa edib.

“AzPolitika” xəbər verir ki, “Qatar Airways”-in Doha-Dəməşq reysi ilə uçan təyyarə səhər saatlarında hava limanına enib.

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan gələn yük təyyarəsi də Dəməşqə eniş edib. Yaxın saatlarda Dubay və Şarjaya da uçuşlar bərpa olunacaq.

Dəməşq hava limanı ölkədə normal fəaliyyətini bərpa edən dörd beynəlxalq hava limanından biridir. Hələb, Latakiya və Qamışlı hava limanları hələlik bağlıdır.

“AzPolitika.info”

Seçilən
17
azpolitika.info

1Mənbələr