Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində gedən döyüşlər zamanı 49 830 hərbçi itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ümumilikdə, Kursk istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı düşmən 49 830-dək hərbçisi, 293 tankı, 217 piyada döyüş maşını, 159 zirehli transportyoru, 1511 zirehli döyüş maşını, 1426 texnikası, 344 reaktiv artilleriya qurğusu, raket sistemləri, o cümlədən 13 HIMARS və 6 MLRS, 16 zenit-raket komplekslərinin buraxılış qurğusu, 8 nəqliyyat və yükləmə maşını, 89 elektron döyüş stansiyası, 13 anti-batareya radarı və 4 hava hücumundan müdafiə radarını itirib”, - nazirlik bildirib.
Həmçinin 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 325-dən çox hərbçisini itirib.
Nazirlik bildirir ki, Kursk vilayətində bir neçə döyüşçü Ukrayna Silahlı Qüvvələrinin Kazaçya Loknya, Kubatkin, Lebedevka, Nikolskoye, Sudja və Çerkasskoye Poreçnoye yaxınlığındakı birləşmələrini darmadağın edib.
Aytac
www.anews.az