AZ

Konstitusiya dəyişikliklərilə bağlı referendumun keçirilməsi bu il daha gerçək görünür - ÖZƏL

"Referendumla bağlı söhbətlər əvvəlki illərdə də vardı. Sadəcə, proseslər elə getdi ki, referendumu bir qədər sonraya saxlamalı olduq".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Mən əminəm ki, bu il həm də Konstitusiya ili olduğuna görə Azərbaycanda məhz Konstitusiya ilə bağlı referendumun keçirilməsi qaçılmazdır. Zatən uzun müddət idi, referendumla bağlı müzakirələr, söhbətlər gedirdi. Bu il artıq bunu gerçəkləşdirmək üçün yetərincə zəmin var. 
Nə gözləyirik? Birinci məsələ Azərbaycanın inzibati ərazi bölgüsü ilə bağlı olmalıdır. Yəqin ki, rayonların ləğv edilib yerində vilayətlərin, əyalətlərin və yaxud da başqa ad altında daha iri, geniş, əhatəli bölgələrin yaradılması Konstitusiyada öz əksini tapacaq. Ondan savayı, Azərbaycan parlamentinin, Milli Məclisin tərkibinin genişləndirilməsi ilə bağlı yəqin ki, bir əlavə orada dəyişikliklər ediləcək. Yəni indiki şəraitdə 150-160 nəfər deputatın parlamentdə təmsil olunması daha məqsədəuyğundur. Çünki 125 nəfər 1995-ci il konstitusiyası ilə seçilir. O vaxtı həm əhali sayım, ümumiyyətlə dövlət quruculuğu ilə bağlı proseslər fərqli idi. Amma indi çox dəyişikliklər baş verib, əhali sayı da artıb. Ölkənin yeni hədəfləri də var, daha çox deputata ehtiyac var. Ona görə də bunun 150-160 civarında edilməsi üçün dəyişiklik gözlənilir. 
Əlavə, əlbəttə, fikirlər səsləndiriləcək ki, elə bizim də yeri gəldikcə fikirlərimiz olacaq Konstitusiya dəyişikliyi ilə bağlı. Yəni o baxımdan düşünürəm ki, konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi bu il daha gerçək görünür. Nə vaxt olacaq, necə olacaq? Əlbəttə ki, bunun elan edilməsinə qədər müəyyən hazırlıq prosesi keçirilməlidir. O, hazırlıq prosesi yekunlaşandan sonra müvafiq sərəncam veriləcək və referendum keçiriləcək. Hər halda, bu il bu referendumun olacağı ehtimalı çox böyükdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
olaylar.az

1Mənbələr