Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəməyə verilib. AFM.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı "Azsığorta" şirkətidir. Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. "Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta