Türkiyə Super Liqası təmsilçilərindən \"Qalatasaray” \"Trabzonspor”la anlaşıb.
İstanbul təmsilçisi Okan Burukun istəyi üzrə \"Trabzonspor”dan Eren Elmalını transfer etməyə yaxındır.
İstanbul təmsilçisi Türkiyə millsinin üzvü üçün Qara dəniz komandasına 3-4 milyon avro arası ödəniş edəcək.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsüm \"Trabzonspor”un heyətində çıxdığı 19 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.