Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ştatlar Taliban ilə Əfqanıstanda saxlanılan amerikalıların ABŞ-da məhbusla dəyişdirilməsini müzakirə edir. Bu barədə The Wall Street Journal yazır.
Bildirilir ki, “Taliban” “Əl-Qaidə” ilə əməkdaşlıq etmiş məhbusu əldə etmək istəyir.
"Bayden administrasiyası amerikalıların Usamə bin Ladenin ortağı olduğu güman edilən yüksək rütbəli məhbusla mübadilə etmək üçün danışıqlar aparır", - hesabatda deyilir.
Noyabrda Talibanın Siyasi Bürosunun rəhbəri Süheyl Şahin bildirmişdi ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra təşkilatın terror təşkilatları siyahısından çıxarılması gözlənilir.