Fransanın PSJ klubunun hücumçusu Randal Kolo Muanini hansı qiymətə satmaq istədiyini açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Xəbərə görə, Paris təmsilçisinin rəhbərliyi sözügedən oyunçunun satışından azı 50 milyon avro qazanmaq niyyətindədir. Mənbə Kolo Muaniyə elçi düşən klubların PSJ-nin hədəflədiyi məbləği yüksək hesab etdiklərini və paytaxt təmsilçisinin bu səbəbdən ön xətt oyunçusu ilə vidalaşa bilmədiyini vurğulayıb.
Daha öncə Avropa mətbuatında Randal ilə "Mançester Yunayted", "Bayern Münhen", "Milan" və "Çelsi"nin maraqlandığı barədə məlumatlar dərc edilib.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 14 matça çıxan Kolo Muani 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Fransa millisinin forvardının qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat