ABŞ-də yerləşən "Meta" şirkəti ifadə azadlığını bərpa etmək üçün fakt yoxlama proqramını dayandıracağını, "Facebook" və "Instagram" da daxil olmaqla platformalarda ifadə məhdudiyyətlərini aradan qaldıracağını açıqlayıb.
Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mark Zukerberq videomüraciətində bildirib.
"Biz səhvləri azaltmaq, qaydaları sadələşdirmək və platformalarda ifadə azadlığını bərpa etmək üçün köklərimizə qayıdırıq", - o deyib.
Şirkət həmçinin mövcud məzmun moderasiyası təcrübələrinin "həddindən artıq irəli getdiyini" etiraf edib.
Telegram kanalımız