Ajans.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Skay nyus" televiziya kanalı öz mənbələrinə istinadən bildirib.
Mənbəyə görə, Pasxa bayramına qədər sülhün əldə edilməsi mümkündür.
İddiaya görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp göstərilən tarixə qədər tərəflər arasında sülhə nail olmağa çalışacaq:
“Bu, Ukrayna üçün çox çətin olacaq. Əsas məsələ Rusiyanın nəyi qurban verməyə və Ukraynanın nədən imtina etməyə hazır olmasındadır”.