AZ

Britaniyada iki hava limanında uçuşlar dayandırılıb

Bakı. Trend:

Britaniyanın Liverpul və Aberdin hava limanları ağır yağış,daşqın və qar səbəbindən uçuşları dayandırmağa məcbur qalıb.

Trend xəbərverir ki, Britaniyanın müxtəlif bölgələrində davam edən kəskin havaşəraiti nəqliyyatın vasitələrinin hərəkətinin pozulmasına vəməktəblərin bağlanmasına səbəb olub.

Daşqın səbəbindən Peterboro və Lester arasındakı bütün dəmiryoluxətləri bağlanıb. Bu isə “CrossCountry” və “East Midlands Railway”qatar xidmətlərinə təsir edib. Çevrə Agentliyi 190 daşqınxəbərdarlığı yayımlayıb.

Qış fırtınası nəticəsində bir nəfər isə həyatını itirib. ŞimaliYorkşir polisi bildirib ki, Aire çayı yaxınlığındakı daşqınsularından bir nəfərin cəsədi tapılıb.

Seçilən
29
5
az.trend.az

6Mənbələr