Terrorçuluğa dair və dövlətçiliyə qarşı açıq çağırışlar etdiyinə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq istintaqa cəlb olunan Həmzə Məmmədlinin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son prosesin ilkin mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Prosesin çıxışlar mərhələsi başa çatdıqdan sonra hakim Həmzə Məmmədlinin 6 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmü elan edib.
Məlum olub ki, hələ 2018-ci il iyulun 18-də Həmzə Məmmədli barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırış) və 281.2-ci (Dövlətə əleyhinə yönələn açıq çağırış) maddələri ilə cinayət işi açılıb. O, qiyabi həbs olunub və axtarışa verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Həmzə Məmmədlinin barəsində cinayət işi başlanılaraq barəsində ittiham irəli sürülüb.
10Mənbələr
-
teleqraf.comHakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edən şəxsə hökm oxundu ( 15084069)
-
apa.azQadınları şantaj edərək onlardan pul alan şəxsə hökm oxunub ( 14988891)
-
teleqraf.comBalaxanıdakı qətllə bağlı hökm oxundu ( 14799353)
-
demokrat.azTerrorçuluğa çağırışlar edən şəxsə hökm elan olundu ( 14635127)
-
avtosfer.azTerrorçuluğa çağırışlar etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB - FOTO ( 14634835)
-
oxu24.comTerrorçuluğa açıq çağırışlar edən şəxsə hökm oxundu ( 14634697)
-
yenicag.azTerrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxundu ( 14634365)
-
Reportyor.tvTerrorçuluğa açıq çağırışlar edən şəxsə hökm oxundu ( 14634071)
-
sherg.azTerrorçuluğa çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub ( 14633611)
-
publika.azTerrorçuluğa açıq çağırışlar edən şəxsə hökm oxundu ( 14633615)