Paytaxtın Səbail rayonu ərazisində - Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yeni piyada-velosiped keçidi təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq keçid eynisəviyyəli formada çəkilib.
Beləliklə, piyadalara və velosipedlə hərəkət edən şəxslərə Dənizkənarı Milli Park ərazisinə yeraltı keçidə düşmədən hərəkətlərini davam etdirmək üçün şərait yaradılıb.