Böyük Britaniyada 700-dən çox keçmiş və indiki "McDonald's" işçisi fast food şəbəkəsinə qarşı iş yerində təqib iddiasına qoşulub. Bu barədə "Leigh Day" hüquq firması məlumat verib."McDonald's"da işləyən 19 və ondan aşağı yaşda olan 700-dən çox işçi onların adından hüquqi iddialar irəli sürmək üçün "Leigh Day" hüquq firması ilə əlaqə saxlayıblar", - deyə şirkət öz internet səhifəsində bildirib.Qeyd olunur ki, hazırda bu şəbəkənin 450-dən çox restoranı məhkəmə proseslərində iştirak edir. "McDonald's" iddia qrupu ilə söhbətlərdə qurbanlar irqçilik, təqib və əlilliyə görə ayrı-seçkilik təcrübələrini bölüşüblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta