Çərşənbə axşamı basketbol üzrə Çempionlar Liqası çərçivəsində Azərbaycanda Türkiyə və İsrail komandaları arasında görüş baş tutacaq.
Pley-off mərhələsinin oyunu Bakı İdman Sarayında yerli vaxtla saat 21.00-da başlayacaq. “Əliağa Petkimspor” (Türkiyə) və “Hapoel Holon” (İsrail) komandaları qarşılaşacaq.
Qeyd edək ki, əvvəllər qarşılaşmanın İzmirdə keçirilməsi nəzərdə tutulurdu. İkinci oyun isə yanvarın 14-də Macarıstanda keçiriləcək. Bakı da çempionların mümkün üçüncü görüşünə ev sahibliyi etməyə hazırdır. Oyun yanvarın 22-də baş tuta bilər.
Türkiyənin “Əliağa Petkimspor” komandasının rəhbəri “SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov, “Petkim” isə SOCAR-ın törəmə şirkətidir.
//Samir Qurbanov, Editor.az