AZ

Ədliyyə naziri Astarada vətəndaşların müraciətlərini dinləyəcək

Ədliyyə naziri Fərid Əhmədov yanvarın 17-də Astara rayonunda vətəndaş qəbulu keçirəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı sakinləri iştirak edə biləcəklər. Vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı yanvarın 16-dək Lənkəran regional Ədliyyə İdarəsinə (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 1, əlaqə telefonu: +994 25-255-44-91) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanları var.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqələrini gətirmələri xahiş olunur. Bu şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Seçilən
35
14
yeniazerbaycan.com

10Mənbələr