Finlandiya ilə Almaniya arasında dekabr ayında zədələnən C-Lion1 dənizaltı telekommunikasiya kabeli təmir edilib. Bu barədə Finlandiyanın "Cinia Oy" operator şirkətinin saytında məlumat verilib.“Cinia C-Lion1 sualtı kabelindəki qırıq təmir edilib və Finlandiya ilə Almaniya arasında birbaşa sualtı kabel əlaqəsi bərpa edilib və tam işlək vəziyyətdədir”, - deyə məlumatda bildirilir.Qeyd edək ki, dekabrın 25 və 26-da Baltik dənizində dörd sualtı kabel sıradan çıxıb. Onlardan üçü Finlandiya ilə Estoniya arasında, biri isə Finlandiya ilə Almaniya arasında çəkilib.Kabelin zədələnməsinin səbəbləri hələ də araşdırılır. Şirkət Finlandiya Milli Təhqiqat Bürosuna araşdırma üçün rəsmi müraciət təqdim edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta