AZ

"Microsoft" Hindistana 3 milyard dollarlıq investisiya planını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” Hindistanda bulud və süni intellekt infrastrukturunu genişləndirmək üçün 2 il ərzində 3 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi tərəfindən verilən açıqlamada “Microsoft”un Baş İcraçı Direktoru (CEO) Satya Nadellanın Hindistana səfəri zamanı sözügedən sərmayə planını elan etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, şirkət növbəti 2 il ərzində yeni məlumat mərkəzlərinin yaradılması da daxil olmaqla, Hindistanda bulud və süni intellekt infrastrukturunu inkişaf etdirmək üçün 3 milyard dollarlıq sərmayə yatırmağı planlaşdırır.

Bu sərmayə ilə Hindistanda süni intellekt innovasiyalarını sürətləndirməyi hədəflədiyi vurğulanan açıqlamada “Microsoft”un "ADVANTA(I)GE India" proqramının ikinci mərhələsi çərçivəsində növbəti 5 il ərzində 10 milyon insanı süni intellekt bacarıqları ilə təchiz edərək ölkənin uzunmüddətli rəqabət qabiliyyətini dəstəkləyəcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
39
banco.az

1Mənbələr