ABŞ-nin Ədliyyə Nazirliyi müsadirə edilmiş 50 milyon dollarlıq aktivləri Danimarkanın “Danske” Bankında çirkli pulların yuyulması ilə bağlı təhqiqata kömək etdikləri üçün Estoniya hakimiyyət orqanlarına təhvil vermək qərarına gəlib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin xəbərində deyilir.
Estoniya hakimiyyət orqanları bu vəsaitləri maliyyə və transsərhəd cinayətlərlə mübarizə, eləcə də oğurlanmış digər aktivlərin qaytarılması üçün istifadə edəcəyini öhdəsinə götürüb.