AZ

76 yaşlı kişi beşinci mərtəbədən yıxılaraq öldü

Sumqayıtda 76 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.

Axar.az xəbər verir ki, hadisə şəhərin altıncı mikrorayonunda qeydə alınıb.

Belə ki, 1949-cu il təvəllüdlü Zamiddin Həbibulla oğlu Həbibov yaşadığı doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
9
axar.az

10Mənbələr