Future Lab Azərbaycanda insanyönümlü innovativ həllərin hazırlanmasında lider olmağa iddialıdır. PASHA Holding tərəfindən təsis edilən bu “innovasiya laboratoriyası” Qrupun texnologiya, sahibkarlıq, sığorta, bankçılıq və digər sahələrdə insanların ehtiyaclarını qarşılamaqla bağlı öhdəliklərini yerinə yetirmək üçün yaradıcı və qabaqcıl həllər təklif etməyi hədəfləyir.
“İnnovasiyalar yalnız texnoloji yenilik xatirinə deyil, onlar insanların həyat keyfiyyətini artırmaq üçündür. Məqsədimiz insanların ehtiyaclarını prioritetləşdirərək, onların həyatına davamlı müsbət təsir göstərməkdir”, – Future LAB-ın baş icraçı direktoru Fərux Əliyev bu fikirdədir.
Future LAB təşəbbüsləri bütün PASHA Qrup şirkətlərində istifadəçi dostu xidmətlərin əlçatan olmasına yönəlib. Bu təşəbbüs gündəlik ehtiyaclara uyğun rəqəmsal həllər vasitəsilə daha çox müştəriyə xidmət göstərmək məqsədi daşıyır. “Missiyamız müştəriyönümlü xidmətlər üçün regionda etalon yaratmaq və aparılan hər bir əməliyyatı məqsədyönlü etməkdir”, - Fərrux Əliyev bildirib.
Hal-hazırda Future LAB fəaliyyətini əsasən iki məhsulun hazırlanması istiqamətində davam etdirir. Bu məhsullardan biri mikro və kiçik müəssisələrdə əməliyyatları sadələşdirən, əməkdaşlığı təşviq edən və dayanıqlı inkişafı dəstəkləyən xüsusi həllər təqdim edir. Digər məhsul isə daşınmaz əmlakı qoruma prosesini sadələşdirmək məqsədi daşıyır. Bu məhsul fərdlərə öz evlərini və yatırımlarını effektiv qorumaq üçün praktik alətlər və dəqiq təlimatlar təqdim edəcək.