AZ

Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bəyanat yayıb

Bildiyiniz kimi ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısısına, həm də Türkiyə və  dövlət başçısına  qarşı  təhqiramiz ifadələr işlədilib. Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu bununla əlaqədar dəyanat yayıb.
Bəyanatda bildirilir ki, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması müşahidə olunur.
İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələr qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi bəyanatda vurğulanıb.
Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı xüsusi qeyd olunub.
Türkdilli dövlətləirin siyasətinə dəstək fondu  Azərbaycana qarşı bu kimi təxribatların yolverilməz olduğunu və belə hərəkətlərə dərhal son qoyulması tələbini  bəyanatda bildirib.
Fond bəyanatı İranın Qırğızıstandakı səfirliyinə təqdim edəcək və mətbuatda geniş şəkildə yayacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
1
olaylar.az

2Mənbələr