AZ

Tramp NATO daxilində müharibənin yaranma ehtimalını istisna etmədi– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin sabiq prezidenti Donald Tramp NATO daxilində müharibənin başlaya biləcəyi ehtimalını istisna etməyib. Bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, 7 yanvar tarixində keçirdiyi mətbuat konfransında Tramp ABŞ Silahlı Qüvvələrinin Qrenlandiya və Panama kanalı ilə bağlı hərbi addımlar atmaq ehtimalına dair suala konkret cavab verməyib.

Jurnalistlər yazırlar ki, onun "xeyr" deməməsi, sadəcə, məsələni açıq buraxması ehtimalı artırır. Bu isə NATO üzrə müttəfiq ölkəyə qarşı hərbi gücdən istifadəni gündəmə gətirə bilər.

Qeyd edək ki, daha əvvəl The Hill nəşri yazmışdı ki, Trampın Qrenlandiyanı "ələ keçirməsi" NATO-nun sonunu gətirə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
53
50
olaylar.az

10Mənbələr