Olaylar.az xəbər verir ki, bu barədə İsveçrə Ordusunun Baş Qərargahının keçmiş polkovniki və Strateji Kəşfiyyat Xidmətinin sabiq əməkdaşı Jak Bod Daniel Davis kanalına verdiyi müsahibədə bildirib.
"Tramp hər iki tərəfə ultimatum verərək münaqişəni həll etməyin yolunu tapmağı tələb edir. Bu isə göstərir ki, onun özünün bu məsələdə konkret bir həll planı yoxdur," - deyə Bod qeyd edib.
Ekspert əlavə edib ki, ABŞ üçün ən yaxşı həll Moskva və Kiyevin müstəqil şəkildə danışıqlar aparması ola bilər. Bu halda Tramp prosesə qarışmadan uzaqdan müşahidə edə bilər. "Belə bir yanaşma ilə ABŞ Prezidenti üçün risklər minimuma enər, lakin münaqişənin həllində öz adını irəli çəkməyə həmişə fürsət tapar," - deyə Jak Bod vurğulayıb.
Mütəxəssisin fikrincə, Trampın sərt bəyanatları və sanksiyaları təkcə münaqişənin həllini çətinləşdirir, həm də ABŞ-nin prosesdəki rolunu daha mürəkkəb vəziyyətə salır.