AZ

ABŞ Rusiya və Ukrayna arasında İstanbul danışıqlarının pozulmasına səbəb olub– ÖZƏL

ABŞ və onun Qərbdəki müttəfiqləri Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqların pozulmasına səbəb olub. Olaylar.az xəbər verir ki, bu barədə The American Conservative jurnalı yazır. Nəşrin məlumatına görə, münaqişənin ilk həftələrində sülhə nail olmaq üçün imkanlar olub.

Jurnal qeyd edir ki, ABŞ və onun müttəfiqləri diplomatik prosesləri dəstəkləmək əvəzinə danışıqların qarşısını alıblar. İstanbulda keçirilən danışıqlar münaqişənin həllinə yol açmış və ilkin sülh razılaşması layihəsinin hazırlanmasına gətirib çıxarmışdı.

"The American Conservative" vurğulayıb ki, ABŞ-nin münaqişənin uzanmasına töhfə verdiyini həmin dövrdə sülh prosesində iştirak edən rəsmi şəxslər də təsdiqləyirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, hazırda sülh danışıqları üçün heç bir əsas yoxdur, çünki Ukrayna danışıqlardan imtina edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr