Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycanın qadın cüdoçusu Açelya Toprak Fransada keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı cüdo üzrə ilin ilk turnirində mübarizə aparmaq üçün Parisə yollanacaq.
Fevralın 1-2-də təşkil olunacaq yarışda iştirak üçün hələlik 28 ölkə qeydiyyatdan keçib.