Kişinyov hava limanında Ukraynadan Gürcüstana göndərilən bağlamalardan birində partlayıcı qurğu aşkar edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisi məlumat yayıb.
“Kişinyov Beynəlxalq Hava Limanında poçt göndərişləri emal edilərkən, içərisində partlayıcı komponentlər olduğu ehtimal edilən oyuncaq avtomobil formasına bənzəyən obyekt aşkar edilib. Hadisə yerinə çağırılan texniki və məhkəmə ekspertizası mərkəzinin mütəxəssisləri partlayıcı qurğunu zərərsizləşdiriblər", - məlumatda qeyd olunub.