ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının gəlişi Qərb ölkələri qrupunun Ukraynaya silah tədarükünün koordinasiyası üzrə işinə təsir etməyəcək...
Poliqon xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli sözçüsü çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.
Pentaqonun sözçüsü əmin olduğunu bildirib ki, Qərb ölkələrinin Ukraynanın hərbi potensialını gücləndirmək üzrə işi bu və ya digər formada davam edəcək.
Xatırladaq ki, yanvarın 9-da Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün Qərb ölkələri qrupunun 25-ci iclası keçiriləcək. Burada ABŞ-ın müdafiə naziri Lloyd Ostin iştirak edəcək.
Poliqon.info