Türkiyə ordusu Suriyanın şimalında yerləşən Suluk kəndinə zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, kəndin cənub əraziləri bombalanıb.
Qeyd edək ki, yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında PKK-nın 32 silahlını məhv edib.