Dünyanın ən tıxaclı şəhərləri açıqlandı – Siyahı
İstanbul dünyanın ən tıxaclı şəhərlərinin reytinqində birinci olub.
Yeniavaz.com xəbər verir ki, siyahı “Inrix” şirkətinin “2024 Global Traffic Scorecard” illik hesabatı əsasında tərtib edilib.
Hesabata görə, İstanbulda bir şəhər sakini tıxaclarda ildə orta hesabla 105 saat itirir.
Türkiyənin 20 milyondan çox əhalisi olan ən böyük şəhəri reytinqdə Nyu-York, Çikaqo, Mexiko, London və bir sıra digər meqapolisləri geridə qoyub.
Hesabat 37 ölkənin 900-dən çox şəhərini əhatə edib.
Analitiklərin fikrincə, İstanbulda tıxac vəziyyəti il ərzində 15% pisləşib.
Bir il əvvəl isə reytinqdə Çikaqo birinci olub.
Ən tıxaclı şəhərlərin ilk onluğu belədir:
İstanbul (Türkiyə)
Nyu-York (ABŞ)
Çikaqo (ABŞ)
London (İngiltərə)
Mexiko (Meksika)
Paris (Fransa)
Keyptaun (CAR)
Cakarta (İndoneziya)
Los-Anceles (ABŞ)
Brisben (Avstraliya)