Ötən il Azərbaycanda dövlət qurumlarının adına bənzər 100 saxta domen bloklanıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yayıb.
Mənbə qeyd edir ki, bu, 2023-cü illə müqayisədə 46 % azdır.
Təkcə IV rübdə 23 saxta domen bloklanıb ki, bu da 2023-cü ilin eyni rübünün göstəricisindən 81 % azdır.
2024-cü ildə Azərbaycanda 64 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 46 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 367 yeni subdomen verilib ki, bu da illik müqayisədə 14 % çoxdur.
Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.
Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta