AZ

Bu kənddə xəstə olmaq QADAĞANDIR

İtaliyada Kalabriyanın cənub bölgəsində yerləşən Belkastro kənddində sakinlərin xəstələnməsi qadağan olunub.

Medianews.az “NTV”yə istinadən xəbər verir ki, bələdiyyə sədri Antonio Torçia bununla bağlı fərman verib.

O bildiirb ki, Belkastronun 1200 sakininin təxminən yarısı 65 yaşdan yuxarıdır və ən yaxın Qəza və Fövqəladə Hallar Departamenti 45 kilometr məsafədədir. Antonio Torçia əlavə edib ki, ora yalnız sürət həddi 30 km/saat olan yol ilə getmək olar.

Kəndin növbətçi həkim məntəqəsi də yalnız arabir işləyir və həftə sonları, bayram günlərində və iş vaxtından kənarda fəaliyyət göstərmir.

Fərman çərçivəsində sakinlərə həmçinin zərərli ola biləcək davranışlara yol verməmək, məişət qəzalarından çəkinmək, evdən tez-tez çölə çıxmamaq, səyahət etmək və idmanla məşğul olmaq, əksinə, vaxtının çox hissəsini dincəlmək tapşırılıb.

Kalabriya bölgəsi ölkənin ən yoxsul bölgələrindən biridir. Təxminən 15 il əvvəl mərkəzi hökumətin xüsusi idarəçiliyinə verilmiş səhiyyə sistemini siyasi yanlış idarəçilik və mafiya müdaxiləsi çökdürüb.

2009-cu ildən bəri bölgədəki xəstəxanaların 18-i bağlanıb. Nəticədə, Kalabriyanın iki milyona yaxın sakininin təxminən yarısı bölgədən kənarda tibbi yardım axtarır.

Kubanın 2022-ci ildə İtaliya bölgəsinə 3 il müddətinə müxtəlif tibb müəssisələrində işləmək üçün 497 həkim göndərəcəyi açıqlanıb. Regional qubernator Roberto Occhiuto keçən il bu həkimlərin Kalabriya xəstəxanalarını “xilas etdiyini” söyləyib.

Seçilən
40
medianews.az

1Mənbələr