Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək, lakin tarixlə bağlı hələlik razılaşma yoxdur.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirin müavini Mher Qriqoryanın ofisindən bildiriblər.
Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclasının yanvarda keçirilməli olduğunu bildirmişdi.