AZ

İtaliyada xəstə olmaq qadağan edildi

İtaliyanın Belkastro bölgəsində sakinlərə təcili tibbi yardım tələb edərək ağır xəstəliyə tutulmağı qadağan edən qərar verilib.

AZXEBER.COM BBC news-a istinadən xəbər verir ki, ən yaxın xəstəxanaya 45 kilometr məsafədə yerləşən 1200 əhalisi olan kəndin sakinlərinə xəstəliklərdən qorunmaq göstərişi verilib.

Sərəncamda təcili tibbi yardım tələb edən xəstəliklərin qarşısının alınmasının vacibliyi qeyd edilib və kənd sakinlərinə zərərli ola biləcək davranışlara əl atmamaq və məişət bədbəxt hadisələrdən çəkinmək, evdən tez-tez çölə çıxmamaq, səyahətə çıxmamaq və başqa işlərlə məşğul olmamaq tövsiyə olunub. 

Bələdiyyə sədri Antonio Torchia yerli kanala verdiyi açıqlamada bu fərmanın səhiyyə sistemindəki çatışmazlıqları üzə çıxarmaq üçün verildiyini bildirib.
 
Cəmalə
Seçilən
34
3
azxeber.com

4Mənbələr