AZ

“Ermənistan qəsdən Azərbaycanı növbəti dəfə müharibəyə sürükləmək istəyir ki…”- Səbəblər AÇIQLANDI

“Dünən Laçın istiqamətində Ermənistanın törətdiyi təxribatların kökündə onu silahlandıran və Azərbaycan əleyhinə qızışdıran qərb mərkəzlərinin yeni oyunlarına dayanır. Bu gün Ermənistan dayanmadan sistematik şəkildə silahlandırılır. Bu isə Azərbaycan əleyhinə çevrilmiş kampaniyadır”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı İlham Əliyev sonuncu yerli televiziyalara müsahibəsində bir daha vurğuladı ki, Azərbaycan Ermənistanın silahlandırılması məsələsinə seyrçi mövqedə qalmayacaq:

“Biz açıq-aydın görürük ki, Ermənistan təxribatlar törətməkdə davam edir. Laçında əsgərlərimizin atəşə tutulması həm də eyni zamanda, onu göstərir ki, Ermənistan Azərbaycan sərhədlərində bir təhdid olaraq qalmaqda davam edir. Ermənistanın məqsədi daxilindəki ictimai xaos və daxili gərginliklə bağlı gündəmi dəyişməkdir. Ermənistan qəsdən Azərbaycanı növbəti dəfə müharibəyə sürükləmək istəyir ki, həm daxildə Nikol Paşinyan əleyhinə narazılıqdan fikirləri yayındırsın, həm gündəmi dəyişsin, həm də eyni zamanda, Azərbaycan əleyhinə yeni fəaliyyət istiqamətləri formalaşdıra bilsin.

Ermənistanın təxribatlarının arxasında onu silahlandıran Fransa və bəzi bəlli qərb mərkəzləri dayanır. Eyni zamanda, bu gün açıq-aydın görünür ki, Rusiya da Qərb tərəfindən Ermənistanın müharibələrə təhrik edilməsinə kəskin reaksiya vermir. Halbuki Rusiyanın Ermənistana qarşı özəlliklə iqtisadi baxımdan kifayət qədər təsir rıçaqları mövcuddur. İstənilən halda Ermənistanın bu cür təhlükəli addımları, davranışları regionda yeni müharibə ehtimallarını artırır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr