AZ

Təyyarə qəzasında sağ qalmaq üçün 5 amil

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 25-də Qazaxıstanda, 29-da isə Cənubi Koreyada qəzaya uğrayan sərnişin təyyarələri çox sayda insanın ölümünə səbəb olub. Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 tipli təyyarədə olan 67 nəfərdən 29-u və Jeju Air-in Boeing 737-800-də olan 181 nəfərdən ikisi sağ qalıb. Bu kimi hadisələrdən sonra ağlımıza “Nilas olmaq necə mümkündür?” sualı gəlir.

Hafta.az-ın “The Wall Street Journal”a (WSJ) istinadən yazdığına görə, bir təyyarədən sağ çıxmaq beş amildən asılıdır: təyyarənin bütövlüyü, təhlükəsizlik avadanlığı, uçuş heyəti və sərnişinlərin yaşadığı g-qüvvəsi, təyyarənin içindəki mühit, tüstü və yanğın kimi amillər.

Embry-Riddle Aeronautical Universitetində dərs deyən Antoni T. Brichauz deyir: “Qaçılması qeyri-mümkün kimi görünən şəraitdə sağ qalmağı bacaran insanlar olub, qarşısı alına bilməyən qəzalarda ölənlər də... Bunu deməyə nifrət edirəm , lakin bəzən şans da təsirli olur".

Beynəlxalq Aviasiya Təhlükəsizliyi Müfəttişləri Cəmiyyətinin (ISASI) prezidenti Barbara Dunn deyir: "Qaçmağın qeyri-mümkün göründüyü vəziyyətdə sağ qalmağın bir çox səbəbi ola bilər. Təyyarənin necə enməsi və sərnişinin oturacağı yerinin bu məsələyə təsiri var. Təhlükəsizlik kəməriniz möhkəm bağlanarsa, bu, bədənin titrəməsini azaldır. Sərnişinin fövqəladə vəziyyət duruşunda olub-olmaması da  vacibdir".

Dunn, təyyarənin arxa tərəfində oturmağın daha təhlükəsiz olduğu fikrinin hər şəraitdə işə yaramayacağını vurğulayır və "Alovların təyyarəni nə qədər tez əhatə etməsi və çıxışa nə qədər tez çata biləcəyiniz də önəmlidir" deyir.

WSJ 80 və ya daha çox sərnişini daşıyan kommersiya uçuşlarının tarixində bir və ya iki nəfərin sağ qaldığı yalnız 17 digər hadisə qeyd edir.

Xatırladaq ki, Cənubi Koreyada baş verən qəzada yeganə sağ qalanlar Jeju Air təyyarəsinin arxasında əyləşən iki stüardessa olub. Oranın təyyarənin bütövlüyünün pozulmamış yeganə hissəsi olduğu vurğulanır.

33 yaşlı kişi və 25 yaşlı qadın xəstəxanada müalicə olunur. Onların həkimləri həm şüurlu olduqlarını, həm də ünsiyyət qura bildiklərini deyirlər.

Seçilən
19
hafta.az

1Mənbələr