Xəbər verdiyimiz kimi, 2025-ci ildə keçiriləcək imtahanların tarixləri ilə bağlı cədvəlin bayramdan sonra açıqlanacağı elan olunmuşdu.
Sosial şəbəkələrdə, qeyri-rəsmi mənbələrdə imtahan tarixlərinin bu gün açıqlanacağı ilə bağlı informasiyalar yayımlanır.
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.
Mərkəzdən bildirilib ki, qeyri-rəsmi mənbələrdə verilən informasiyalar həqiqəti əks etdirmir:
"Tarixlərin bu gün açıqlanması ilə bağlı xəbərlər doğru deyil. İmtahan vaxtının açıqlanması haqqında bu həftə ərzində məlumat veriləcək",- deyə mərkəzdən bildirilib.
Qeyd edək ki, imtahan tarixlərinin açıqlanması ilə bağlı xəbərləri yalnız rəsmi mənbə olan Dövlət İmtahan Mərkəzindən (DİM) almağınız tövsiyə edilir. Dezinformasiyalara inanmayın.