AZ

"Rabitəbank" - TENDER ELAN EDİR

"Rabitəbank" tender eıan edir

Tenderin adı: Palo Alto firewall avadanlığının alışı və  lisenziyanın uzadılması

Tenderin elan tarixi: 08.01.2025

Tenderin son tarixi: 17.01.2025, saat 17:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
  • İşin icra müddəti qeyd edilməsi mütləqdir
  • Zəmanət müddəti və texniki dəstək şərtləri
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Qiymət təklifi zərfdə və möhürlü (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)-Lazım olduğu təqdirdə istək olunacaq
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq
  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.
  • Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.
Seçilən
18
2
fed.az

3Mənbələr