“Toronto”nun vingeri Lorenso İnsinye İtaliya çempionatına qayıda bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli”nin keçmiş futbolçusu tezliklə klubunu dəyişəcək. O, A Seriyasına qayıtmaq arzusundadır.
İnsinyenin xidməti “Monza”ya təklif olunub. 33 yaşlı futbolçunun nümayəndələri hazırda mümkün müqaviləni nəzərdən keçirən klubun rəhbəri Adriano Qalliani ilə yaxşı münasibətdədir. O, 2022-ci ilin yayında “Napoli”dən “Toronto”ya keçib.
İtaliyalı futbolçu MLS klubunda 63 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.
Nigeriya millisində yeni baş məşqçi
"Siti" Rodriyə əvəzləyici tapıb
Vinisius Junior diskvalifikasiya edilib
Luis Felipe “Marsel”də
Skuffet rəsmən “Napoli”də