Paytaxtın Nərimanov rayonunda evinin sökülməsinə etiraz edən qadın intihara cəhd edib.
Viral.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Fətəli xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində baş verib. Belə ki, qadının evinin sökülməsinə razı olmasa da, icra nümayəndələrinin söküntü işləri apardıqları bildirilib.
Xanım qeyd edib ki, söküntü dayandırılmasa, özünü atacaq.
Son Yazılar:
- Evinin sökülməsinə etiraz edın qadın binanın damına çıxdı
- Qətər əmiri və müavini İlham Əliyevə başsağlığı verdi
- Baş prokurora yeni köməkçilər təyin edildi
Bildirilir ki, intihara cəhd edən qadın tikinti işləri aparan “Gold Məkan” MTK şirkəti ilə qiymət məsələsində anlaşmayıb. Xanımın adı Ülkər Abbasovadır.
Əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onunla söhbət aparıblar və xanım tikilidən düşürülüb.